“Qıçlarım tutulub, indi də yeriyə bilmirəm. Həyat mənimçün getdikcə daha da çətinləşir, vəziyyətim daha da pisləşir”.
Bunu aznews.az- açıqlamasında xalq artisti Nuriyyə Əhmədova bildirib. Onun sözlərinə görə, səhhətindəki bu durum bir müddət əvvəl başlayıb: “Oğlumun faciəsini qaldıra bilmədim. Birdən-birə ayaqlarım da sözümə baxmamağa başladı. Bir-birinin ardınca olan faciələr insana şok anlar yaşadır. Hərdən düşünürəm ki, mən bu faciələri necə qaldıra bildim? Görünür, qaldırmamışam”.
“Bəs, ayaqlarınızda olan problemlə bağlı həkimə müraciət etmək fikiriniz yoxdur” sualına xalq artistinin cavabı belə olub: “Yox, hələ müraciət etməmişəm. Fikirləşirəm, amma ürəyim gəlmir”.
Qeyd edək ki, bir müddət öncə xalq artistinin oğlu qəfildən vəfat edib.
03.11.2014, 18:13
442
baxış
TURAN
Xalq artistinin ayaqları tutuldu