Medianews.az
“Fəxr edirəm ki, mənim Azərbaycanımda belə ürəkli oğlanlar var”
2,012 baxış

“Fəxr edirəm ki, mənim Azərbaycanımda belə ürəkli oğlanlar var”

zulfiye huseynova1 Doqquzqat dünya çempionu (5 dəfə sambo, 4 dəfə cüdo üzrə) Zülfiyyə Hüseynova Dilqəm Əhmədov adlı azərbaycanlının Ermənistan Silahlı Qüvvələrinin tərəfindən doğma yurdu olan Kəlbəcərdə girov götürülməsinə münasibət bildirib. 

Xanım idmançı Azərbaycanda belə kişilərin olmasıyla fəxr etdiyini deyib: 

“Adam öz evinə getmək üçün kimdənsə icazə almalıdır? Fəxr edirəm ki, mənim Azərbaycanımda belə ürəkli oğlanlar var. İnşallah tezliklə onlar öz ailələrinə dönəcəklər. Onlar öz evlərinə getmişdilər əslində. Amma nə edək ki, qonşularımız bədnamdırlar. İnşallah torpaqlarımız tezliklə azad olunsun. Camaat öz evinə eşiyinə gedəndə tutub deməsinlər ki, bizə təcavüz edirlər. Adama deyərlər ki, sən kimə kimdən şikayət edirsən? İnanıram ki, onlar tezliklə öz ailələrinə dönəcəklər və hazırda onların qaytarılması üçün iş gedir”. 
Dünya çempionu hesab edir ki, əgər Azərbaycan konkret olaraq Ermənistanla mübarizə aparsaydı, Qarabağ münaqişəsi çoxdan həllini tapardı: 

“Biz insan satanlarla, quldurlarla, qıraqda durub əmr verənlərlə mübarizə aparırıq. Erməni bizim adımız gələndə hər zaman qorxub. Hamı çox gözəl bilir ki, burda kimin barmağı var, kim onların arxasında dayanır. Bu gün bizim sürətlə gedən inkişafımız, ordumuzun güclənməyi, azadlığımız çoxunun gözünə girir. Bir müsəlman ölkəsi olaraq Qafqazda sözümüzü demişik. Uşaq da bilir ki, bu ermənin işi deyil. Bu Ramazan ayında torpaqlarımızın işğaldan azd olmağını Allahdan diləyək. Bir tərəfimiz Avropa, bir tərəfimiz Asiyadır. Amma bir müsəlman ölkəsinin inkişafı heç kəsi qane etmir”. 

Z.Hüseynova deyib ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burda bütün dinlərin və millətlərin nümayəndələri sərbəst şəkildə yaşayırlar: “Ona görə çoxları bunu sevmir. Yoxsa bu problem çoxdan həll olunardı. Bu məsələdə göydə Allaha, yerdə ölkə başçımıza inanıram”. 

Bizə qoşulun