31 yaşlı aktrisa Mila Kunis son dövrlər mətbuatın gündəminə aktyor Eşton Katçerlə evlənməyi və hamiləliyi ilə düşüb.
Ailəm.az cəsarətli səhnələrdə çəkilməkdən qorxmayan aktrisa haqda maraqlı faktları təqdim edir:
1. Əsl adı Milena Markovna Kunisdir. Ukraynada doğulub və yaşayıb.
2. Bir gözü qəhvəyi, digəri yaşıldır.
3. Kunis atasından Natali Portmanla çəkildiyi “Qara ququşu” filmindəki seks səhnəsinə baxmamağı istəyib.
4. Kunisin ailəsi 1991-ci ildə lotoreyada Amerikada yaşama şansı qazanaraq Ukraynadan köçüblər.
5. 9 yaşından müxtəlif reklam çarxlarında çəkilməyə başlayıb.
6. Aktrisa ona uğur gətirən “Qara ququşu” filmindəki roluna görə gündə 1200 kalorilik pəhriz saxlayaraq, 9 kiloqram arıqlayıb və hər gün dörd saat balet dərsləri alıb.
7. Kunisin heç bir sosial şəbəkədə şəxsi hesabı yoxdur.
8. 14 il əvvəl indiki nişanlısı Eşton Katçerlə eyni filmdə çəkilib. Aktrisanın ilk öpüşü də məhz filmdə Katçerlə baş verib.
9. “Dostdan üstün” filmində müğənni Castin Timberleyklə seks səhnəsinin çəkilişində yuxuya gedib.
10. “Evdə tək” filmində Kevin rolunun ifaçısı Maykl Kalkinlə uzun müddət sevgili olub.
11. “FHM” jurnalı tərəfindən 2013-ü ildə “Dünyanın ən seksual qadını” elan olunub.
12. Kunis hazırda hamilədir, onun qız övladı olacaq.
http://s018.radikal.ru/i518/1406/af/abe628a4369f.jpg http://s019.radikal.ru/i642/1406/76/735f31c8a852.jpg http://s020.radikal.ru/i710/1406/c3/c0fa8686fc46.jpg http://s006.radikal.ru/i213/1406/bc/679fa31764fb.jpg http://s006.radikal.ru/i213/1406/b4/09eecabeebbf.jpg http://s020.radikal.ru/i706/1406/75/500de901a60b.jpg http://i069.radikal.ru/1406/80/3e2b3c5d585c.jpg http://s020.radikal.ru/i719/1406/3e/4fd5d185b007.jpg http://s020.radikal.ru/i707/1406/6c/caf0904004a2.jpg http://s020.radikal.ru/i700/1406/21/af5ed37cf2ab.jpg http://s09.radikal.ru/i182/1406/6c/a8bc7f6dc3b8.jpg http://s020.radikal.ru/i709/1406/21/9d65bfb90f6f.jpg http://s020.radikal.ru/i719/1406/55/89fd91476e8a.jpg http://s43.radikal.ru/i099/1406/17/445a8e604040.jpg http://i016.radikal.ru/1406/c6/c454a485cafd.jpg http://s43.radikal.ru/i101/1406/b0/df4c3478be63.jpg http://s020.radikal.ru/i710/1406/ca/422e82812206.jpg http://s43.radikal.ru/i101/1406/13/53a43904bf77.jpg http://s019.radikal.ru/i608/1406/90/3440e99aeb37.jpg http://s019.radikal.ru/i617/1406/d2/9f00608fb240.jpg http://s019.radikal.ru/i625/1406/9f/4291da7599c0.jpg http://s019.radikal.ru/i619/1406/c2/e8328b977381.jpg
