Kərkük şəhərinin 20 kilometr Cənub qərbindəki Murtaka bölgəsində Peşmərgə qüvvələri ilə İŞİD arasında döyüş baş verib.
ANS PRESS-in məlumatına görə, döyüşdə hər iki tərəfdən itkilərin baş verdiyi bildirilir. Hazırda Kərkük şəhərində kürd qüvvələri İraq ordusunun baş qərargahına nəzarəti ələ keçiriblər.
Bu dünəndən bəri davam edən döyüş nəticəsində mümkün olub.
Bağdaddan 290 kilometr şimalda yerləşən Kərkük şəhəri neftlə zəngin olan bu bölgədə nəzarəti ələ keçirməyə çalışan ərəb, kürd və türkmənlərin ortaq məskənidir. Kürdlərin İraq ordusunun baş qərargahına nəzarəti ələ keçirməsi İŞİD silahlılarının Mosul, Tikrit, Calaula və Əs-Səudiyyə şəhərlərini ələ keçirməsindən bir neçə gün son sonraya təsadüf edib. İŞİD silahlıları növbəti hədəflərinin Bağdad olduğunu bəyan ediblər.
14.06.2014, 17:11
1,832
baxış
TURAN
Pəşmərgə ilə İŞİD-in döyüşündən görüntü (VİDEO)