Medianews.az
Ermənistanda partiya sədrinin məhkəməsində atışma, yaralılar var - (Video)
1,051 baxış

Ermənistanda partiya sədrinin məhkəməsində atışma, yaralılar var - (Video)

gtgtgtgt Ermənistanın həbsdə olan Çexarkon Partiyasının rəhbəri Şanta Arutunyanın məhkəməsi başlayan ərəfədə məhkəmə binası önündə insident yaşanıb. Erməni mətbuatı xəbər verir ki, binanın qarşısında olan gənc oğlan qəflətən yoldan keçən avtomabilin üzərinə çıxaraq ətrafdakı insanlara “bu maşının içində bomba var” deyə qışqırıb. Polislər gənc oğlana yaxınlaşaraq onu maşının üzərindən aşağı endirmək istəyəndə o, üzərində olan tapança ilə onlara atəş açıb. Nəticədə bir neçə polis yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb (avropa.info).

Bizə qoşulun