Medianews.az
Bakıya 500 minlik maşın gətirildi - Foto
1,102 baxış

Bakıya 500 minlik maşın gətirildi - Foto

1401830080 Bakıya daha bir eksklüziv idman maşını gətirilib. Şahidlər bu lüks avtomobilin fotolarını Heydər Əliyev Beynəlxalq Hava Limanının karqosunda çəkiblər. Fotodakı maşın qiyməti yarım milyon manata qədər olan son model “Lamborghini Huracan LP 610”-dur. 5,2 litrlik mühərriklə təchiz olunmuş bu modellər 610 at gücünə malikdir. Avtomobil 100 km/s sürəti 4 saniyəyə yığır. Qeyd edək ki, bir neçə ay öncə paytaxtımıza “Lamborghini Gallardo LP- 560 4 Spyder” gətirilmişdi. Bahalı sportkaların gətirilməsi yaxın zamanda paytaxtımızda “Lamborghini”nin rəsmi diler mərkəzinin açılışı ilə əlaqədardır.

Bizə qoşulun