Medianews.az
27 MAY 2014
292 baxış

27 MAY 2014

QOÇ -( Mart 21 – Aprel 20 )
Təbiətin bu dəyişkən təqvimi sizin üçün müəyyən mənada gərgin keçə bilər. Odur ki, üzərinizə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə çalışın. Mübahisələrdən uzaq olun.
BUĞA - (Aprel 21 – May 20)
Rəqiblərlə rastlaşma ehtimalınız böyükdür. Çalışın ki, bu hallarla üzləşəndə mübahisəyə meyl etməyəsiniz. Hava qaralanda evdə, otaq şəraitində olmağa çalışın. Təkliflərdən imtina edin.
ƏKİZLƏR -(May 21- İyun 21) 
Astroloji göstəricilər saat 12-15 arası əsas diqqətinizi maliyyə məsələlərinə yönəltməyinizi tövsiyə edir. Yaxın on gündə görəcəyiniz bütün işləri indidən sistemləşdirin.
XƏRÇƏNG --(İyun 22 – İyul 22)
Şəxsi büdcənizdəki problemli durum istər-istəməz ovqatınıza da mənfi təsir göstərir. Bununla yanaşı, səhhətinizi də qorumağa çalışın. Saat 16-ya qədər riskli hərəkətlərdən uzaq olun.
ŞİR - (İyul 23 – Avqust 23)
Daxili süstlüyünüz nahardan sonra səngiməyə başlayacaq. Əməkdaşlıq etdiyiniz adamlarla münasibətləri səmimiyyət üzərində qurun. Heç kimi aldatmayın. Bəxtinizdə pul da var.
QIZ - (Avqust 24 – Sentyabr 23)
Bürcünüz üçün olduqca mistik gündür. Təsir altına düşməkdən uzaq olun. Hər hansı ekstrasensə, görücüyə və ya  falçıya müraciət etməyin. Bütün proseslərə realistcəsinə yanaşın.
TƏRƏZİ -(Sentyabr 24 – Oktyabr 23)
İşgüzar sövdələşmələr üçün olduqca əhəmiyyətli təqvimdir. Aldığınız istənilən təklifi razılıqla qarşılayın. Perspektivli pul sövdələşmələrində də iştirakınız vacib sayılır.
ƏQRƏB -(Oktyabr 24 – Noyabr 22)
Bir qədər qalmaqallı gündür. Bunun üçün ilk növbədə kənar təsirlərə aludə olmamalısınız. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Əsas enerjinizi fəaliyyətə yönəldin.
OXATAN - (Noyabr 23 – Dekabr 21)
Təxminən saat 13-ə qədər bütün işlərinizi təxirə salın. Çünki bu ərəfədə hansısa cəhdinizin baştutma ehtimalı yoxdur. Sonrakı saatlarda isə maraqlı hadisələrin şahidi olacaqsınız.
OĞLAQ - (Dekabr 22 – Yanvar 20)
Buraxdığınız səhvlərin xiffətini çəkməkdənsə, gələcəyə nikbin baxın. Çünki bu gün əksər sahələrdə sizə böyük irəliləyişlər bəxş edəcək. Nahardan sonra səfərə çıxmağa dəyər.
SUTÖKƏN - (Yanvar 21 – Fevral 19)
Saat 12-yə qədərki ərəfəni nəzərə almasaq, hər mənada uğurlu tarixdir. Maliyyə məsələlərində, əməkdaşlıq zəminində xeyli irəliləyişləriniz gözlənilir. Təzə xəbərlər də eşidəcəksiniz.
BALIQLAR - (Fevral 20 – Mart 20)
Səhhətinizdə problemlər olduğundan fəaliyyətinizdə müəyyən passivlik mümkündür. Bu isə hansısa irəliləyişin qarşısını ala bilər. Ailə üzvlərinizlə mehriban davranın.

Bizə qoşulun