Medianews.az
Günün videosu - Somaliliyə oxşayan somalının kübarlığı
963 baxış

Günün videosu - Somaliliyə oxşayan somalının kübarlığı

gunun videosu Bu video Türkiyənin Manisa vilayətinin Soma şəhəri yaxınlığındakı kömür mədənində baş verən qəzadan sonra çəkilib.
Lentdə həyatı xilas olunmuş, üzündən Somali sakininə oxşayan somalı mədənçinin ambulansa mindirildiyi görünür.
Adam ölümdən qurtarıb gəlib, orqanizmi kifayət qədər zəhər alıb və o, təcili olaraq klinikaya yerləşdirilməlidir.
Amma siz əslində can hövlündə olan bu adamın baxın, öz kir-pasaqlı uzunboğaz çəkmələrini göstərərək, ayağını ağ örtüklü xərəyə uzatmaq istəmir, iki dəfə təkrar edir: "Qoyun çəkmələrimi çıxarım, xərək kirlənməsin".
Eşidən insanları mütəəssir edən bu süjetə baxırsan və bilmirsən, şaxtaçının bu hərəkətini necə qiymətləndirəsən: kübarlıqmı, əziklikmi?
Nə olmasından asılı olmayaraq, hər halda, bir insanın sonradan başqalarına əziyyət verə biləcək hərəkətdən imtinası alqışlanmalıdır. Keşkə, bu cür günahsız qara fəhlələrin (sözün hər mənasında) qədrini bilən olaydı.
 MUSAVAT.COM https://www.youtube.com/watch?v=SjYbmybQB5c#t=43

Bizə qoşulun