Medianews.az
28 Aprel 2014
253 baxış

28 Aprel 2014

QOÇ -( Mart 21 – Aprel 20 )
O qədər də ürəkaçan ərəfə deyil. İlk növbədə səhhətinizə diqqət yetirin. Çünki ulduzlar sağlıq durumunuzun aşağı səviyyəyə düşəcəyini bəyan edir. Riskdən də uzaq olun.
BUĞA - (Aprel 21 – May 20)
Maliyyə problemləriniz olsa da, bu, işgüzarlığınızı azaltmayacaq. Hətta ola bilsin ki, saat 15-18 arası maraqlı və perspektivli təklif də alasınız. Özünüzü buna hazırlayın.
ƏKİZLƏR -(May 21- İyun 21) 
Ulduzlar kənar təsirlərdən uzaq olmağı, yalnız öz qərarınızla addım atmağı tövsiyə edir. Bu gün spirtli içki içmək, qarğış və qeybət etmək, o cümlədən yalan vədlər vermək yolverilməzdir.
XƏRÇƏNG --(İyun 22 – İyul 22)
Hər mənada düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizdən xəbər verəcək. Əlbəttə ki, bunun üçün özünüz də canfəşanlıq göstərməlisiniz. Sövdələşmələrdə aktiv olun.
 
ŞİR - (İyul 23 – Avqust 23)
Bu təqvimi təsadüflərlə başa vuracaqsınız. Gözləmədiyiniz adamlarla, ağlınıza gətirmədiyiniz xəbərlərlə rastlaşacaqsınız. Axşama doğru sürprizlər də mümkündür. Şəxsi büdcənizlə bağlı narahat olmayın.
 
QIZ - (Avqust 24 – Sentyabr 23)
Ulduzlar xəbər verir ki, bu təqvim şəxsi işlərinizdə yeni mərhələnin baş qaldırmasına səbəb ola bilər. Bunun üçün müsahiblərinizə diqqətlə qulaq asmalı, düz seçim etməlisiniz.
TƏRƏZİ -(Sentyabr 24 – Oktyabr 23)
Səhhətinizin qayğısına qala bilsəniz, gün ərzində başqa narahatçılığınız olmayacaq. Nahardan sonra sevindirici xəbərlər və ya ürəyinizcə olan təkliflər alacağınıza şübhə etməyin.
ƏQRƏB -(Oktyabr 24 – Noyabr 22)
Saat 16-ya qədər bütün vacib işlərinizi yekunlaşdırmağa çalışın. Həmin ərəfədə şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Sonrakı müddəti isə daha çox istirahətə həsr edin.
OXATAN - (Noyabr 23 – Dekabr 21)
Sizin üçün müəyyən mənada mistik gündür. Daxili sıxıntılarınızı və ruhi zəifliyinizi aradan qaldırmaq üçün müqəddəs ziyarətgahlarımıza üz tutun. Dini qaydaları pozmayın.
OĞLAQ - (Dekabr 22 – Yanvar 20)
Neçə vaxtdan bəri daxilinizdə mövcud olan gərginlik səngimədiyindən naharaqədərki ovqatınız aşağı səviyyədə ola bilər. Sonrakı saatlarda isə sürprizlər gözlənilir.
SUTÖKƏN - (Yanvar 21 – Fevral 19)
Astroloji göstəricilər yalnız səfər və qonaqlıqlar üçün səmərəli vaxt olduğunu bəyan edir. Digər məsələlərdə, xüsusən də fəaliyyət zəminində isə proseslər o qədər də uğurlu olmayacaq.
BALIQLAR - (Fevral 20 – Mart 20)
Kifayət qədər xoş məqamlar yaşayacaqsınız. Bir tərəfdən yeni işgüzar əlaqələr, digər tərəfdənsə ətrafınızdakıların sizə bəraət qazandırması ovqatınızı yüksəldəcək.
 

Bizə qoşulun