QOÇ -
( Mart 21 – Aprel 20 )
( Mart 21 – Aprel 20 )Ailə üzvlərinizlə davranışlarda nəzakətli olun. Məhz belə olduqda özünüzə qarşı rəğbət oyada bilərsiniz. "Yalnız mən haqlıyam" ifadəsini tərgidin. İş günü olsa da, istirahətə vaxt ayırın.
BUĞA -
(Aprel 21 – May 20)
(Aprel 21 – May 20)Atdığınız hər bir addımın məsuliyyətini hiss edin. Bu, çıxaracağınız qərarların icrasında sizə böyük dəstək olabilər. Əks təqdirdə gün ərzində müvəffəqiyyətə yetişə bilməyəcəksiniz.
ƏKİZLƏR -
(May 21- İyun 21)
(May 21- İyun 21) Maraqlı görüşlər yolunuzu gözləyir. Ola bilsin ki, yeni təkliflər də alasınız. Axşam təmiz havada gəzinməyiniz sağlamlığınıza xeyir gətirə bilər. Büdcənizdə artım mümkündür.
XƏRÇƏNG -
-(İyun 22 – İyul 22)
-(İyun 22 – İyul 22)Sevgi dolu bir gün yaşayacaqsınız. Yaxın adamların sizi başa düşməsi, o cümlədən səhvlərinizi bağışlaması ürəyinizcə olacaq. Nəzərdə tutmusunuzsa, nahardan sonra səfərə çıxın.
ŞİR -
(İyul 23 – Avqust 23)
(İyul 23 – Avqust 23)Nədənsə bu ərəfələr sizin üçün o qədər də ürəkaçan keçmir. Bu səbəbdən də riskli və qeyri-adi hərəkətlərə yol verməməlisiniz. Qonaq getmək, gəzintiyə çıxmaq çox səmərəlidir.
QIZ -
(Avqust 24 – Sentyabr 23)
(Avqust 24 – Sentyabr 23)İşlə özünüzü çox yormayın. Ulduzlar daha çox istirahətə yer ayırmağınızı tövsiyə edir. Saat 16-dan sonra yaxınlarınızla aranızda yaranmış anlaşılmazlıqlara aydınlıq gətirməyə çalışın.
TƏRƏZİ -
(Sentyabr 24 – Oktyabr 23)
(Sentyabr 24 – Oktyabr 23)Nahara qədər ümumi vəziyyətiniz qənaətbəxş olacaq. Nəzərdə tutduğunuz işlərin bir çoxunu gerçəkləşdirəcəksiniz. Sonrakı vaxtınızı isə daha çox sizi anlayan insanlarla keçirin.
ƏQRƏB -
(Oktyabr 24 – Noyabr 22)
(Oktyabr 24 – Noyabr 22)Sevgi amilinə daha böyük diqqət yetirin. Çünki iş gəldi-gedər olsa da, bu hisslər ilahidən gəldiyi üçün əbədidir. Gün ərzində sizə yaxın olanlarla mübahisələrdən yayının.
OXATAN -
(Noyabr 23 – Dekabr 21)
(Noyabr 23 – Dekabr 21)Hələ ki, mövcud durumunuz Göy qübbəsini qane edir. Əsası odur ki, hər hansı xoşagəlməzlik baş verməyəcək. Bu gün şəxsi işlərinizdə əsaslı dönüş etmək üçün aktivləşməlisiniz.
OĞLAQ -
(Dekabr 22 – Yanvar 20)
(Dekabr 22 – Yanvar 20)Hər mənada uğurlu gün yaşayacaqsınız. Ulduzlar bəxtinizin gətirəcəyini bəyan edir. Təzə xəbərlər də eşidəcəksiniz. Amma həmkarlarınızla təmkinli davranın ki, işdə passivlik yaranmasın.
SUTÖKƏN -
(Yanvar 21 – Fevral 19)
(Yanvar 21 – Fevral 19)Bir qədər mübahisəli ərəfədir. Daimi ünsiyyətdə olduğunuz adamlarla, ələlxüsus da həmkarlarınızla xoşagəlməz situasiyalara cəlb oluna bilərsiniz. Bələd olmadığınız ünvanlara getməyin.
BALIQLAR -
(Fevral 20 – Mart 20)
(Fevral 20 – Mart 20)Astroloji göstəricilərə görə bu gün əməkdaşlıq zəminində uğurlarınız böyük olacaq. Aldığınız təkliflərin perspektivlərinə inanırsınızsa, imtina etməyin. Varlanmaq şansınız var