32 yaşlı sənətçi çəhrayi rəngdə olan “Bentley” markalı avtomobili ilə kameralara tuş gəlib
“Hilton Hotel”in varislərindən biri olan müğənni Paris Hilton yenidən göz qamaşdırıb. ANS PRESS-in məlumatına görə, məşhur Hollivud ulduzu seksual libası ilə hər kəsi heyran qoydu. 32 yaşlı sənətçi çəhrayi rəngdə olan “Bentley” markalı avtomobili ilə kameralara tuş gəlib. Paris Nyu-Yorkda yerləşən Barney butikinə alış-verişə yollanıb.
“Mən çəhrayı gözəlçəm ilə hər yerə gedirəm, bu rəngi və mənə məxsus olan BarbieBentley-i sevirəm”- Paris bu barədə İnstaqram səhifəsində yazıb. Müğənniliklə yanaşı aktrisalıq, modellik, söz yazarı və hətta DJ kimi fəaliyyət göstərən xanım 2008-ci ildə sevimli avtomobilini 200.000 dollara alıb.
Qeyd edək ki, Paris Hiltonun pərəstişkarları ötən günlərdə onu kazinoda olarkən görüntüləyiblər. Rəngarəng və duyğu dolu gecələri sevən sənətçi həmin gün kazinodan qazandığı dollarların şəkillərini sosial şəbəkədə paylaşıb.
http://s018.radikal.ru/i522/1402/8c/ffbe2939e311.jpg
http://i031.radikal.ru/1402/9a/0b9f571fd69d.jpg
http://s020.radikal.ru/i713/1402/e7/f1b67001ecd2.jpg
http://s018.radikal.ru/i508/1402/84/af7145689a6d.jpg
http://s020.radikal.ru/i713/1402/c3/4513560c2485.jpg