Medianews.az
18 yaşlı qızı soyundurub işgəncə verdilər
535 baxış

18 yaşlı qızı soyundurub işgəncə verdilər

Zərərçəkmişi istəmədiyi bəzi sözləri deməyə məcbur edən qızlar onu bu vəziyyətdə telefonla çəkiblər

Türkiyənin Diyarbəkir vilayətində tükürpərdici hadisə baş verib. “Doğan” agentliyinin yaydığı xəbərə görə, yaşları 18 – 20 arasında olan 3 qız 18 yaşlı qızı (F.K.) taksiyə mindirib boş bir əraziyə aparıblar və ona işgəncə veriblər. F.K.-nın paltarlarını cıran qızlar onun bədənində siqaret söndürüb və ona müxtəlif işgəncələr veriblər. Zərərçəkmişi istəmədiyi bəzi sözləri deməyə məcbur edən qızlar onu bu vəziyyətdə telefonun videosuna çəkiblər və polisə şikayət etməməsi üçün onu hədələyiblər. Onlar danışacağı təqdirdə, F.K.-nın videosunu internetdə yayacaqlarını bildiriblər. 

Qeyd edək ki, F.K.-nin müvafiq şikayətindən sonra Ş.T., G.A. və E.M. polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Həmin şəxslər barəsində cinayət məcəlləsinin “Qarət, cinsi zorakılıq, qəsdən adam yaralamaq, şantaj və şəxsi azadlıqdan məhrum etmək” maddələri ilə cinayət işi başlanılıb. 

Bizə qoşulun