Medianews.az
Milli Şurada olmayanlar Rüstəm İbrahimbəyova uğur arzuladılar
143 baxış

Milli Şurada olmayanlar Rüstəm İbrahimbəyova uğur arzuladılar

 

Pənah Hüseyn və İqbal Ağazadə İbrahimbəyovun namizədliyini məntiqi nəticə adlandırdılar

Rüstəm İbrahimbəyovun Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurasının prezidentliyə vahid namizədi irəli sürülməsinə Milli Şuranın üzvü olmayan tanınmış siyasətçilər münasibət bildirib. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi Milli Şura ideyasının növbəti məntiqi mərhələsidir: “Bu hadisə münasibətilə Milli Şuranı və Rüstəm İbrahimbəyovu təbrik edirəm. Milli Şuraya, Rüstəm İbrahimbəyova uğur arzulayıram. Dövlətimiz və millətimiz üçün xeyirli-uğurlu olsun”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi Milli Şuranın məntiqi nəticəsidir: “Məntiqi nəticə belə də olmalı idi. Çünki təşəbbüskar Rüstəm İbrahimbəyov idi. Onun namizədliyinin irəli sürüləcəyi əvvəldən gözlənilirdi. Mən Azərbaycan üçün xeyirli olsun deyirəm. Çünki bütün çabalar sonda xalq üçündür. Mənim Rüstəm müəllimə də, Milli Şurada təmsil olunanlara digər insanlara da hörmətim var. Sadəcə, ümumi xətt və cavab verilməyən suallar kifayət qədərdir. Ona görə də Milli Şura ilə bağlı mövqeimdə fərqli düşüncələrə malikəm. Onu da mətbuat da ifadə etmişəm. Hələlik bu suallara cavab tapmadığıma görə yenə də öz mövqeyimdə qalıram. Amma yenə də demokratiya üçün Azərbaycan üçün xeyirli olsundan başqa deyə biləcəyim bir şey yoxdur. Hər kəs çalışmalıdır Azərbaycan üçün olsun, Azərbaycanın gələcəyinin layihələndirilməsi heç bir başqa dövlətin yastığının altından çıxmamalıdır”.

musavat.com

Bizə qoşulun