
20 yaşlı Çili sakini ən təcrübəli həkimləri belə mat qoyur.
Qız ağlayarkən gözlərindən yaş yox, qan gəlir. Həkimlər ona necə kömək edəcəklərini bilmirlər. Məsələ ondadır ki, bu ayın əvvəlində 20 yaşlı Oliviyanın gözündən ağlayarkən qırmızı rəngli su gəlib. Sonradan qız başa düşüb ki, göz yaşı əvəzinə öz qanını axıdır.
Xəstəxanaya gedən qıza baxan həkimlər onda heç bir patalogiya və ya infeksiya aşkarlamayıblar. Qız deyib ki ağlayarkən həm də dəhşətli ağrılar hiss edir. Lakin Oliviyaya bu da kömək etməyib.
Hazırda qızın valideynləri insanlardan yardım istəyiblər ki, müəyyən qədər vəsait toplayıb Oliviyanı daha dərindən yoxlatdıraraq xəstəliyin səbəbini və müalicəsini tapa bilsinlər.
publika.az

