
Viktoria Bekhem həyat yoldaşı Devid Bekhemin yeni "James Bond" filmində baş rolu oynamaq üçün uyğun olduğunu söyləyib.
Publika.Az məlumat verir ki, köhnə "Spice Girls" üzvü Viktoria Bekhemin son Ceyms Bond Daniel Kreycdən sonra həyat yoldaşının rol üçün "biçilmiş xalat" olduğunu dilə gətirib.
Cütlüyün birlikdə qatıldığı bir proqramda danışan 38 yaşlı Devid Bekhem isə Viktoriadan fərqli olaraq ekranda özünə o qədər inamının olmadığını ifadə edib.