
Somalinin paytaxtı Moqadişuda "Əl Qaidə" ilə əlaqəsi olan islamçı qruplaşma üzvləri BMT-ə məxsus ofisinə hücum edib.
BMT İnkişaf Proqramı bazasının qapısı qarşısında bomba quraşdırılmış avtomobil partlayıb.
Daha sonra yaraqlılar binanın içərisinə daxil olub və təhlükəsizlik qüvvələrinə atəş açmağa başlayıb. 90 dəqiqədən çox çəkən hücum zamanı 12 nəfərin öldüyü bildirilir. Ölənlərdən 7-i radikal islamçı dəstənin üzvü, 5-i isə somalili uşaqlardır.
"Əl Qaidə" ilə əlaqəli "Əl Şabab" qruplaşması hücuma görə öhdəliyi üzərinə götürüb.