Medianews.az
9 yaşlı məktəblinin alnında “Allah” yazılıb? (VİDEO)
270 baxış

9 yaşlı məktəblinin alnında “Allah” yazılıb? (VİDEO)

Cəlilabadda yaşayan uşağın valideyinləri övladlarının alnının sol hissəsində ərəb hərifləri ilə yazıların peyda olduğunu iddia edirlər

Cəlilabad rayon Uzuntəpə kəndində yaşayan 9 yaşlı Rəhim Hüseynovun valideyinləri bir müddətdir ki, övladlarının alnının sol hissəsində ərəb hərifləri ilə müəyyən yazıların peyda olduğunu iddia edirlər. Rəhimin valideyinlərinin sözlərinə görə, onda son zamanlar həm yerli, həm də xarici kanallarda yayımlanan dini verlişləri seyr etməyə böyük maraq oyanıb. 

Daha çox müqəddəs “Qurani-Kərim”lə bağlı sənədli filmləri izləyən 3-cü sinif şagirdi anasına dəfələrlə “Mən Quran oxumağı öyrənsəm, seyid ola bilərərm?” sualını verib. Elə bu hadisədən bir neçə gün sonra Rəhimin alnında naməlum işarələr yaranmağa başlayıb. Rəhimin valideynləri onun alın nahiyyəsindəki xırda qabarmaların allergiya ola biləcəyindən şübhələnib həkimə müraciət etsələr də, uşaqda hər hansı bir allergik xüsusiyyətlərin olmadığı məlum olub.

Din xadimlərinin sözlərinə görə, 9 yaşlı Rəhimin alnındaki dərialtı qabarıq işarələrdə ərəb hərfləri ilə “Allah“ və “Məhəmməd“ sözləri açıq-aydın müşahidə olunur.

Uşağın doğmalarının sözlərinə görə, 15 gündən yuxarıdır Rəhimin alnında yaranmış yazılı işarələr günortadan sonra daha da aydınlaşmağa başlayır. Azyaşlının deməsinə görə, bu onun səhhətində elə də ciddi naratçılıqlar yaratmasa da, ara-sıra həmin hissələrdə müəyyən ağrılar hiss edir. Din xadimləri isə mövcud faktın həm də uşağın dini marağı ilə birbaşa bağlı olduğunu bildirirlər.

Məktəbli Rəhim Hüseynov düşünür ki, Quranda düzlük var: “Quran adamı ədalətə çağırır. Ona görə də mən namaz qılıb, Quran öyrənmək istəyirəm”. 

R. Hüseynovun valideynlərinin sözlərinə görə, son vaxtlar onun davranışında aqressivlik də müşahidə olunur. Daha çox tənhalığa meyilli olan 3-cü sinif şagirdi tezliklə ərəb əlifbasını öyrənib Quran oxumağı arzu edir.

 

 

 

http://www.youtube.com/watch?v=CV4xytavNWI

Bizə qoşulun