Medianews.az
"Sədərək" ticarət mərkəzi yandı (FOTO)
342 baxış

"Sədərək" ticarət mərkəzi yandı (FOTO)

Ötən gecə "Sədərək" Ticarət Mərkəzində güclü yanğın başlayıb. APA-nın məlumata görə, təxminən gecəyarısı başlayan yanğın ticarət mərkəzinin içərisində xırdavat malları olan 10-dək anbarını məhv edib. Yaxınlıqda olan anbarların sahibləri öz mallarını çıxarmağa başlayıblar.

 

Sədərək Ticarət Mərkəzində təxminən gecə yarısı başlamış yanğın səhər saatlarında lokallaşdırılıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin məlumatına görə, yanğın ticarət mərkəzinin anbarlar olan hissəsində meydana gəlib. Yanğının söndürülməsinə 10-dək yanğınsöndürən maşın cəlb olunub. 

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumata görə, iyunun 18-də Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin anbarlar sahəsində ümumi sahəsi 5440 kv.m olan anbarın yanar konstruksiyaları və içərisindəki məişət əşyaları (parfümeriya malları, alışqanlar, uşaq oyuncaqları və s.) 1400 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi və yaxınlıqdakı digər anbarlar yanğından mühafizə olunub.

Yanğın saat 06:07-də söndürülüb.

Bizə qoşulun