
“Əgər Türkiyənin Avropa birliyindən uzaqlaşmasını istəmirlərsə, Ərdoğan istefa verməlidir”
Avropa Birliyinin Türkiyədə baş verən olaylarla bağlı hazırladığı sənəd səs çoxluğu ilə qəbul olunub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeni media qanunun qəbulu iləbağlı sənədin müzakirəsi zamanı parlamentarilər “Ərdoğana istefa!” şüarları səsləndiriblər. Avropa Parlamenti Sosialist və demokratlar qrupunun başçısı, avstriyalı deputat Hannes Svoboda deyib ki, əgər Türkiyənin Avropa birliyindən uzaqlaşmasını istəmirlərsə, Ərdoğan istefa verməlidir.