Dünyanın ən məşhur stilistlərindən biri Rossano Ferretti italyansayağı saç yumanın əsas sirlərini bölüşüb.
Medianews.az xəbər verir ki, italyan qadınlarının nəsildən-nəslə ötürülən bu xüsusi üsulları saç dərsinin daha təmiz, saçların isə daha gur və sağlam olmasını təmin edir.
Ekspert möhtəşəm nəticə üçün 4 qızıl qaydaya əməl etməyi məsləhət görür:
- Şampunu 5 xüsusi nahiyəyə çəkin: Şampunun bərabər paylanması və ideal təmizlik üçün onu başın 5 nöqtəsinə — ön saç xəttinə, təpə hissəyə, sağ və sol tərəflərə, eləcə də ənsəyə çəkmək lazımdır.
- Masaj edin: Şampunu vurduqdan sonra barmaq ucları ilə dairəvi hərəkətlərlə baş dərisini yavaş-yavaş masaj etmək vacibdir.
- İki dəfə yuyun: Maksimal təmizlik və effektivlik üçün saçları mütləq iki dəfə şampunlamaq lazımdır.
- Tələsməyin: Saç yuyarkən tələsmək olmaz. Çirklər təmizləndikdən sonra saçları bol su ilə tamamilə arındırana qədər yaxalamaq şərtdir.
Medianews.az