Medianews.az
ABŞ səfiri Milli Şuradan danışdı
204 baxış

ABŞ səfiri Milli Şuradan danışdı

“Öncə onu deməliyəm ki, mənim Milli Şura ilə bağlı konkret fikrim yoxdur. Bu, həmin təşkilatlara üzv olanların işidir”.

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Milli Şuranın yaradılmasına münasibət bildirərkən deyib.

Səfir əlavə edib ki, prosesin necə inkişaf edəcəyi maraqlı olacaq.

YAP-ın dünən keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı suala cavab verən R.Morninqstar deyib ki, kimin namizədliyinin irəli sürülməsi YAP-ın öz işidir: “Mən ümid edirəm ki, Azərbaycanda ədalətli seçkilər olacaq və insanlar istədikləri namizədi seçə biləcəklər”.

Bizə qoşulun