
Rusiyanın Sverdlovsk vilayətində dəhşətli cinayət hadisəsi baş verib
Ata 6 yaşlı oğlunu doğradıqdan sonra özü də intihar edib. Onların hər ikisinin cəsədini evə qayıdan qadın aşkarlayıb.
Aldığı çoxsaylı bıçaq yaralarından həm uşaq, həm də ata yerindəcə keçinib. İlkin ehtimallara görə uşağı ata özü öldürüb. Atanın bu cinayətə və daha sonra intihara sövq edən səbəblər araşdırılır.