Medianews.az
Türkiyəni qarışdıran Ərdoğanın bu çıxışı imiş - VİDEO
140 baxış

Türkiyəni qarışdıran Ərdoğanın bu çıxışı imiş - VİDEO

Xəbər verdiyimiz kimi, İstanbulun Gezi parkının dağıdılmasına etiraz edənlər İstiqlal küçəsində barrikadalar qurublar və polis əməkdaşlarına daş atırlar. Polis etirazçılara qarşı gözyşaradıcı qaz və su şırnaqlarından istifadə etməyə davam edir. Bu qəzəbin səbləri də bəlli oldu. Belə ki, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın bir çıxışından sonra Taksimdəki Gezi parkının sökülməsinə etiraz edən milyonlarla insan səhər saatlarında Kadıköydə toplanıb. Daha sonra isə etirazçılar İstanbuldakı Boğaz körpüsünü keçərək Taksimə doğru yürüş edib. Publika.Az həmin Rəcəb Təyyib Ərdoğaın həmin çıxışının və aksiyanın videosunu təqdim edir. 


Xatırladaq ki, aksiya iştirakçılarına Beşiktaşda polis sərt müdaxiə edib. Mülki geyimli polislər aksiyanı qaz bombası, su şırnaqları ilə dağıtmağa cəhd edib. Qrup halında ara küçələrə qaçan aksiya iştirakçıları ilə polis rasında qarşıdurma hələ də davam edir.

 

 

 

 

 

http://www.youtube.com/watch?v=PKT_RUWiP6Q

Bizə qoşulun