
Bosniya-Hersoqovinada yaşayan bir çoban sürüsünə yaxınlaşan və onu parçalamaq istəyən ayını boğazlayaraq öldürüb.
Milli.Az European-a istinadən bildirir ki, olay Bosniya-Hersoqovinanın dağlıq bölgəsi Foçada yaşanıb.
48 yaşlı çoban Blajo Qrkoviç dağdakı meşəliyin kənarında qoyunları otarırdı.
"Qəflətən meşədən ayı çıxdı. Böyürən ayı mənə tərəf qaçmağa başladı. Parçalamaq, yemək fikri vardı. Çatanda süpürləşdim. Boğazını tutub sıxmağa başladım, yıxılana qədər buraxmadım. Məni vurur, dişləyirdi.
Amma ayını buraxmadım. Ayını öldürəndən sonra böyük qardaşıma zəng vurdum. O da qohumlarımla gəldi, məni xəstəxanaya apardılar", - B.Qrkoviç deyib.
Xəbərin mənbəyi: Blažo Grković: Opet bih se uhvatio u koštac sa mečkom