
May ayının sonları olmasına baxmayaraq, Avropanın bəzi ölkələrində qar yağıb. Əsasən, Almaniya və İtaliyanın bəzi bölgələrində qış geri qayıdıb.
CNN--nin məlumatına görə, Almaniyanın Aşağı Saksoniya, Anhalt və Bavariya əyalətlərinin dağlıq ərazilərinə yağan qarın hündürlüyü 15 santimetrə çatıb. Bəzi bölgələrdə havanın temperaturu 0-dan aşağı düşüb.
İtaliyanın isə Fransa ilə sərhəd ərazilərində qış özünü göstərib. Əsasən, Kiçik Sent Bernar dağı və ətraf ərazilərdə, o cümlədən Bolonya şəhərinə qar yağıb. Havanın temperaturu bəzi yerlərdə mənfi 5 dərəcəyədək düşüb.