Medianews.az
Təranə və Musa Niyaməddin Musayevgildə
1,056 baxış

Təranə və Musa Niyaməddin Musayevgildə

Müğənni Musa Musayev və onun keçmiş həyat yoldaşı Təranə Qumral xalq artisti Niyaməddin Musayevi ziyarət etmək üçün onun yaşadığı evə gediblər. Bunu Lent.az-a açıqlamasında müğənni Təranə Qumral deyib: “Musaynan aramızda baş verən anlaşılmazlıqdan sonra ilk dəfə bu gün Niyaməddin müəllimgilə qonaq gəldik. Bizi qızı Röya qarşıladı, özü paytaxtdan kənardadır, onun bizim ailəyə dəstəyini daim hiss etmişik. Onu çox istəyirik”.

 

Qeyd edək ki, Musa Musayevin qardaşı Əli Musayev Lent. az-a açıqlamasında “Niyaməddin Musayev Bakıda deyil. Paytaxtda  olsaydı, Musanın duxu çatmazdı belə  söhbətlər eləsin, canlı efirə çıxıb ağzına gələni danışsın. Əmim hələ Moskvadadır. Şou  hələ qabaqdadır. Əmim Bakıya qayıdandan sonra  jurnalistləri başına cəm edib, bu məsələyə aydınlıq gətirəcək” söyləmişdi.

 

Bizə qoşulun