Medianews.az
Bu il belə gəlinliklər dəbdədir (FOTOSESIYA)
755 baxış

Bu il belə gəlinliklər dəbdədir (FOTOSESIYA)

 

 

Ailə qurmağa hazırlaşan qızların nəzərinə!

Hər qız toy gününündə mükəmməl görünmək istəyir. Toyun ən önəmli məqamlarından biri, daha doğrusu birincisi gəlinlik seçimidir. Hamının arzuladığı bu geyimlə siz şad gününüzün ən gözəlinə, heyranedicisinə asanlıqla çevrilə bilərsiniz.Dünyanın ən aparıcı dizaynerləri yeni kolleksiyalarında gəlinlik modellərinin ən gözəl nümunələrini yaradıblar. İlin dəbinə uyğun olaraq qabarıq paltarlardan nisbətən yan keçilib. Daha çox nisbətən düz kəsimə malik olan paltarlar üstünlük təşkil edəcək. 

 

 

Sadəlik

Bu il 1920-ci illərin modellərini əks etdirən, mübaliğəsiz gəlinliklər ön planda olacaq. Bu paltarlarla siz əsl kino ulduzlarına xatırladacaqsız. 

 

 

 

Güpür
Gözəllik detallarda gizlənir. Güpür istənilən geyimə şarm qatmaq qabiliyyətinə malikdir. Bu parçanın gəlinlikdə istifadəsi isə görünümünüzə bir az da sehr qatacaq. Bu il gəlinliklərdə fransız güpürü bol-bol yer alıb.

 

 

 

Yunan tərzi
Sadəlik və zərafətin ən gözəl sintezi bu modellərdə cəmləşib. 

 

 

 

Uzun qol 
1950-ci illərin dəbi olan uzun qol geri qayıdır. Xüsusilə geyimin qolları tüldən və ya güpürdən ola bilər. 

 

 

 

Tək çiyin 
Klassik bir model olan tək çiyinli paltarların dəbi heç vaxt bitməyəcək. Bu il bu kəsimə gəlinliklərdə də bol-bol rast gələ biləcəyik.

 

 

 

 

Qısa don
Gəlinlik deyəndə adətən insanların ağlında uzun, qabarıq ətəkli ağ geyimlər canlanır. Amma dünya modelyerləri kolleksiyalarında bu il həm qısa, həm də önü qısa, arxası uzun gəlinliklərə də yer veriblər. 

 

 

Bizə qoşulun