
Bu gecədən etibarən PKK terror təşkilatının üzvləri hissə-hissə Türkiyəni tərk etməyə başlayıblar.
Press24.az-ın haberler.com-a istinadən verdiyi məlumata görə, terrorçular Hakkari üzərindən Şimali İraqa keçirlər. PKK-ya yaxınlığı ilə seçilən Barış və Demokrat Partiyasının həmsədri Gültan Kışanak da ilk PKK qrupunun Şimali İrandakı düşərgələrə doğru hərəkət etdiyini söyləyib.