Medianews.az
Ayı ilə boks oynadı
184 baxış

Ayı ilə boks oynadı

48 yaşlı bioloq Tobi Börk ailəsi ilə birlikdə Alyaskadakı Kenay yarımadasına, Kenai National Wildlife Refuge-a yollanmışdı. Səfərin məhv olmasına səbəb isə ona vəhşi bir ayının hücum etməsi olub.

Qrizli növündən olan ayı qarşısındakı şikarı parçalamaq üçün arxa ayaqları üstə qalxaraq qollarını yana açıb və Tobiyə öldürücü, ilk və son zərbəni vurmağa hazırlaşıb. Tobi isə fotoaparatın ştativi ilə ayını vurub. Ştativ ayının ağzına dəyəndə yırtıcı daha da qeyzlənib və Tobini sağ pəncəsi ilə vurmaq istəyib. Gəncliyində boksla məşğul olmuş Tobi zərbəni gözləməyərək ayının ağzına bərk yumruq vurub. Qəfildən ağır zərbə alan ayı çaşıb. Tobi yumruqlarını işə salıb və yırtıcını yumruqlamağa başlayıb. Ayı qorxub, böyürərək qaçıb. Alyaska Balıqçılıq və Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşı Ceff Sellincerin dediyinə görə, onun qarşılaşdığı ayı 20 yaşlı idi və Tobiyə qədər yəqin bir neçə dəfə insanlarla qarşılaşıb: “O ayı insanın daha təhlükəli canlı olduğunu bildiyindən qaçıb. Yoxsa ayının Tobini və ailəsini parçalayacağına şübhə olmazdı”

Bizə qoşulun