Medianews.az
Günəş aktivliyi yenidən artdı -
46 baxış

Günəş aktivliyi yenidən artdı - Alimlərdən xəbərdarlıq

Mayın 22-dən sonra ilk dəfə Günəşdə gücünə görə sondan əvvəlki sinfə aid partlayış müşahidə olunub.

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu açıqlama yayıb. Bildirilib ki, mayın 29-da Moskva vaxtı ilə saat 10:22-də (Bakı vaxtı ilə 11:22) Günəşin 4455-ci ləkə qrupunda (N13E66) M1.2 sinifli rentgen partlayışı qeydə alınıb. Hadisənin təxminən 24 dəqiqə davam etdiyi qeyd olunur.

Məlumata əsasən, bundan əvvəlki güclü partlayış mayın 22-də M2.4 sinfində baş vermişdi. Həmin hadisə zamanı Günəşdən plazma atılması da müşahidə olunmuş və bu kütlə Yer istiqamətində hərəkət etmişdi.

Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş əsas sinfə bölünür. A sinfi ən zəif hesab olunur, hər növbəti sinfə keçdikcə şüalanma gücü təxminən 10 dəfə artır. Mütəxəssislərin sözlərinə görə, bu partlayışlar çox vaxt kosmosa plazma atılması ilə müşayiət olunur və həmin kütlələr Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər./milli.az/

Bizə qoşulun