ONUN AZƏRBAYCANLA BAĞLI BİZNES PLANININ ÜSTÜNDƏN XƏTT ÇƏKDİLƏR Məlumata görə, əslən azərbaycanlı olan Zümrüd Xandadaş qızı Rüstəmova Medvedevin birinci müavini Arkadii Dvorkoviçin xanımıdır. O, «Polimetall» və «Maqnitoqorskiy metallurqiçeskiy kombinat» Açıq Tipli Səhmdar cəmiyyətinin direktorlar şurasında təmsil olunur və bu qurumlarda böyük aksiya sahibidir. Artıq burada bir sıra şirkətlərlə söhbətlər aparıb və müəyyən razılığa gəlibmiş. Lakin onun Azərbaycana səfərinin günü müəyyənləşəndən sonra ölkəyə gəlməyinə rəsmi-səviyyədə icazə verilməyib. Onun ölkəyə buraxılmamasının əsl səbəbləri barədə yaxın günlərdə ətraflı məlumat verəcəyik. Xatırladaq ki, 43 yaşlı Rüstəmova 1970-ci ildə bəzi mənbələrə görə, Qubada, digər mənbələrə görə isə Dərbənddə anadan olub. Onun atası Xandadaş Rüstəmov 90-cı illərdə Moskvaya köçüb və qızının аdı ilə «Zümrud» şirkətini təsis edib. |