Medianews.az
Moskvada azərbaycanlıların ən böyük bazarına hücum oldu
170 baxış

Moskvada azərbaycanlıların ən böyük bazarına hücum oldu



Bu gün səhər saatlarında 200-dən çox  OMON-çu Moskvanın “Pokrov” bazarına hücum edib. OMON-çular  bazara 10 avtobusla gəliblər. Moskvada yaşayan həmyerlimiz Teymur Hüseynovun Lent.az-a bildirdiyinə görə, polislər bazarda çalışan azərbaycanlıları  döyərək oradan qovublar.

“Hazırda bazar bağlıdır və heç kəs buraxılmır. OMON-çular hadisə yerinə gedən “Millətin səsi”qəzetinin iki əməkdaşını saxlayıb. Onları naməlum istiqamətə aparıblar”.
 
Teymur Hüseynovun dediyinə görə, hazırda bazarın rəhbərliyi yerli adminstrasiya ilə danışıqlar aparır. Hücumun səbəbi bilinmir.
 
Qeyd edək ki, adıgedən bazarda 5000-dən çox soydaşımız işləyir.

Bizə qoşulun