Medianews.az
Feysbuk həbsləri
181 baxış

Feysbuk həbsləri

Gələn xəbərlərə görə, 2 gündür Bakıda şərti adını "Feysbuk həbsləri" qoya biləcəyimiz həbslər başlayıb. Artıq bir neçə gənc həbsə alınıb. Onlar öz statuslarında hakimiyyətin, onun rəhbərlərinin ünvanlarına təhqiramiz ifadələr yazmaqda suçlanırlar.

Bildirilir ki, həbs olunan gənclərdən birini  - Elçin adlı fəalı Statistika Komitəsindəki iş otağında həbs edərək, hamının gözü qarşısında maşına basıb, naməlum istiqamətə aparıblar. Hadisə 29 martda baş verib.

Bundan başqa, müxalifət təşkilatlarına yaxın olan başqa gənclər də həbs olunublar. Lakin işin qəribə tərəfi budur ki, bu barədə təşkilatlardan heç bir reaksiya, rəsmi açıqlama yoxdur.

Mənbəmiz bunu belə izah edir ki, bu cür vəziyyətə səbəb gənclərin yaxınlarıdır. Onlar hesab edirlər ki, proses səs-küyə düşsə, saxlananların işi çətinləşər. Ona görə də onlar həbslər barədə mediaya xəbər verməməyi üstün tuturlar.

 

Bizə qoşulun