Ofisdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu gün Azərbaycanın bəzi media orqanları ATƏT-in Bakı Ofisi haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc edib.
“Bununla əlaqədar bəyan edirik ki, hazırda ATƏT-in Bakı Ofisində heç bir yoxlama aparılmır. Ofis həmişəki fəaliyyətini, o cümlədən layihələrin icrasını, eləcə də hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirir.
Digər tərəfdən, media orqanlarının ATƏT-in Bakı Ofisinin mövqeyini öyrənmədən bu cür xəbərləri yayması təəssüf doğurur. Bunun jurnalist etikasına zidd olduğunu bir daha xatırlatmaq istərdik”, – deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, sözü gedən material “Yeni Müsavat” qəzetinin bugünkü sayında manşet yazısı olaraq dərc olunub. Əhatəli məqalə mötəbər mənbənin redaksiyaya ötürdüyü məlumatlar əsasında hazırlanıb. Aşağıdakı bağlantıda həmin yazını oxumaq olar.
http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/146677-AT%C6%8FT-in_BAKI_OF%C4%B0S%C4%B0N%C6%8F_M%C3%9CDH%C4%B0%C5%9E_M%C3%9CDAX%C4%B0L%C6%8F