
Bakının Həsən Əliyev küçəsi acınacaqlı vəziyyətdədir. Prospekdə asfalt təbəqədən əsər-əlamət qalmayıb. Yol elə vəziyyətdədir ki, avtomobillər üçün keçilməz hala gəlib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev milli.az-a bildirib ki, həmin prospektin əsaslı təmiri nəzərdə tutulub. Onun sözlərinə görə, artıq həmin prospektin yenidən qurulması 2012-2015-ci illərin tədbirlər planına salınıb.
P.Mürsəliyev prospektin bu vaxta qədər təmir olunmamasının səbəbini açıqlayıb: “Həmin prospektdə yol qovşağı, Atatürk küçəsi ilə kəsişmədə yeraltı piyada keçidi tikilir. Tunel bu yaxınlarda tikilib istifadəyə verilib. Prospektin əsaslı təmiri üçün bütün işlər başa çatmalıdır”.