Medianews.az
ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı
120 baxış

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

Martın 4-də ABŞ-ın Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanıması barədə qətnamə qəbul edilib. Musavat.com-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, qətnamənin mətnində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycanın Xocalı şəhərinin keçmiş SSRİ-nin hərbi alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bu şəhərin 600-dən çox dinc sakininin qətlə yetirilməsindən danışılır.

Oklahoma ştatının Senatı faciəli hadisələr faktını nəzərə alaraq və Xocalı qətliamının 21-ci ildönümünü qeyd edərək, bu qətnaməni ABŞ Konqresinə, Dövlət Departamentinə və ABŞ-ın Azərbaycandakı səfirliyinə göndərmək barədə qərar qəbul edib.

Qətnamənin müəllifi Oklahoma ştatının 26-cı dairəsini təmsil edən deputat Tom İvesterdir.

Bizə qoşulun