Medianews.az
Ermənilər də “Davay do svidaniya” dedilər
256 baxış

Ermənilər də “Davay do svidaniya” dedilər

Ermənistanda keçirilən prezident seçkilərinin nəticəsinə etiraz edərək meydana çıxan nümayişçilər “Serjik davay do svidaniya” şüarı səsləndiriblər. “Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, prezidentliyə namizəd olan və seçkilərin saxtalaşdırıldığını iddia edən “İrs” partiyasının lideri Raffi Ovannisyanın tərəfdarları Sarkisyanı azərbaycanlılara məxsusu meyxana ilə istefaya səsləyiblər. 

Seçkilərdə 37 fazi səs toplayan Ovannisyan seçkilərin nəticəsini baykot etmək üçün artıq dünəndən regionlara səfər etməyə başlayıb. 

Qeyd edək ki, “Tı kto takoy, davay do svidaniya” meyxanası ötən ildən Rusiyada geniş populyarlıq qazanmışdı. İlk olaraq Rusiyada prezident Vladimir Putin, daha sonra Gürcüstanda Mixail Saakaşvilinin ünvanına eyni şüarlar səsləndirilmişdi.

 

Bizə qoşulun