Medianews.az
Bakıda olan tıxacların səbəbi açıqlandı
143 baxış

Bakıda olan tıxacların səbəbi açıqlandı

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin 1 illik fəaliyyət əsasında bu istiqamətdə aparığı araşdırmasının nəticəsini açıqlayıb

 Bakı şəhərinin yollarında yaranan tıxacların əsas səbəbləri açıqlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, qurum 1 illik fəaliyyət əsasında bu istiqamətdə araşdırma aparıb.

Əsas səbəblər:

- Qanunsuz parklanma

- Bir çox binaların parklama meydançalarının olmaması və yaxud az tutumlu olması səbəbindən nəqliyyat vasitələrinin yolun kənarında və avtobus üçün nəzərdə tutulan ciblərdə parklanması

- Son illərdə avtomobil sayının kəskin artması

- Taksilərin və digər maşınların dayanacaqlara yaxın yerdə saxlamaları

- Təmir-tikinti işlərinin aparılması

- Şəhər infrastrukturunda olan problemlər

- Piyadaların onlar üçün nəzərdə tutulmamış yerlərdən keçmələri

- Sürücülər tərəfindən yol qaydalarına riayət edilməməsi və sürücü mədəniyyətinin aşağı səviyyədə olması.

Bizə qoşulun