Medianews.az
AMERİKALI EKSPERTDƏN İLGİNC AZƏRBAYCAN AÇIQLAMASI
154 baxış

AMERİKALI EKSPERTDƏN İLGİNC AZƏRBAYCAN AÇIQLAMASI

Vaşinqtondakı Con Hopkins Universitetinin əməkdaşı Devid Satter deyir ki, ABŞ-ın insan haqları və demokratiyaya dəstəyi Azərbaycanda vətəndaş cəmiyyətinin fəallığından asılı olacaq

Prezident Obamanın xarici siyasəti yanvarın 20-də keçiriləcək andiçmə mərasimi ərəfəsində Vaşinqtonda ən çox müzakirə olunan mövzulardan biridir. Ekspertlər ABŞ-ın Qafqaz regionunda iqtisadi islahatlara, o cümlədən insan hüquq və azadlıqları və demokratiya normaları sahəsində dəstəyinin necə olacağını təxmin edirlər.

Bəs Obamanın ikinci prezidentlik müddətində Amerika-Azərbaycan münasibətlərində hansı dəyişikliklər gözlənilir? Hadson İnstitutunun və Cons Hopkins Universitetinin Xarici Siyasət İnstitutunun əməkdaşı Devid Satter “Turan”a müsahibəsində deyib ki, Azərbaycana qarşı münasibət İrandakı vəziyyətdən çox asılı olacaq. “Orada vəziyyət kritik olmasa, ABŞ üçün Azərbaycanın strateji müttəfiq kimi əhəmiyyəti xeyli artacaq. İran və Rusiya ilə Əfqanıstan üzrə əməkdaşlıq Obama administrasiyasını Rusiyada və digər keçmiş Sovet İttifaqı ölkələrində insan hüquqlarına qayğını azaltmağa məcbur edir”-deyə, o bildirib.

 


Ekspertin sözlərinə görə, ABŞ-ın Azərbaycana dair siyasətində nə baş verəcəyini əvvəlcədən demək çətindir, belə ki, bütün Yaxın Şərq çaxnaşma içindədir. İran əsas müttəfiqi olan Suriyanı itirə bilər, ABŞ İrana hücum etsə və ya İsrail İrana hücum etsə, bu iki ölkənin hərbi strateqləri Azərbaycandan bu və ya digər formada dəstək gözləyəcək: “Buna görə düşünürəm ki, Amerika hərbiçiləri Azərbaycandan strateji yardım almaq mümkünlüyünü diqqətlə araşdırmalıdır”.

 


Devid Satterə görə, ABŞ-ın Azərbaycanda demokratiya və insan haqlarına münasibəti Azərbaycanın vətəndaş cəmiyyətindən asılı olacaq. Belə ki, nə qədər ki, rəsmi Vaşinqtonun problem haqqında xəbəri yoxdur və ya nə qədər ki, hadisələr onların diqqətini çəkməyib, onlar vəziyyətə məhəl qoymamağı və ya hadisəni kiçiltməyi daha asan görəcəklər. Azərbaycan kiçik ölkədir və onun ABŞ-ın müttəfiqi qismində əhəmiyyəti onun strateji mövqeyi ilə bağlıdır.

 


“Bununla belə, Amerika cəmiyyəti insan hüquqları ideallarına və prinsiplərinə sadiqdir, bu pozuntular baş verdiyi zaman Azərbaycanın vətəndaş cəmiyyəti bunu ABŞ-ın gündəliyinə daxil etmək üçün dünyanın diqqətini buna çəkməyə çalışmalıdır” deyə, o bildirib. Ekspertin fikrincə, Obamanın ikinci prezidentliyi dövründə Azərbaycanla bağlı xüsusi bir siyasət olmayacaq: “Hazırda bu ölkəyə konkret problemlər nöqteyi-nəzərdən deyil, ümumi geosiyasi vəziyyət nöqteyi-nəzərdən baxılır. Bu, kifayət qədər acınacaqlı olsa da, belədir. Azərbaycan dünyanın elə bir yerində yerləşir ki, ABŞ-ın orada həyati əhəmiyyətli hesab etdiyi marağı var. Və hətta Ermənistan və Azərbaycan arasında müharibəyə də ABŞ-ın həyati əhəmiyyətli maraqları cərgəsində baxılmır”.

 

musavat.com

Bizə qoşulun