Türkiyənin “Dənizlispor” klubunun rəsmiləri – vitse-prezident İhsan Niyazi və baş menecer Mehmet Ali Keskinlerin ölkəmizə gəldiyi barədə xəbər vermişdik. Məlumat üçün xatırladaq ki, onlar bu gün “Bakı” – “Sumqayıt” oyunun izləyiblər. Məlumata görə, birinci liqa klubu “Bakı”nın kapitanı Elvin Məmmədovu heyətinə qatmaq istəyir.
Amma “Dənizlispor” bununla kifayətənmir. Fanat.az xəbər verir ki, Dənizli klubu ölkəmizdə çıxış edən bir neçə futbolçunu hədəfə alıb. Onlardan biri “Neftçi”nin heyətində çıxış edən Rəşad Sadıqovdu.
“Dənizlispor” həmçinin “Turan”dan Salif Ballo və AZAL-dan Zohair Benuahi ilə maraqlanır. Türkiyə klubunun həmçinin “Turan”dan Ruslan Zubkov və Ender Günlü, AZAL-dan Orxan Səfiyaroğlu və “Xəzər Lənkəran”dan Saido Tounkara ilə maraqlanması barədə xəbərlər var.
Fanat.az