Türkiyədə 20 yaşlı gənc anasını güllələyərək öldürdü.
Medianews.az yerli mediaya istinadən xəbər ki, hadisə gecə yarısı Sultangazinin Yunusemre məhəlləsində yerləşən binanın 5-ci mərtəbəsində baş verib.
20 yaşlı Azad Kınay, naməlum səbəbdən mübahisə etdiyi anası 45 yaşlı Çiğdem Kınayı silahla vuraraq qətlə yetirib. Anasını vurduqdan sonra Azad Kınay evdən qaçıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım Çiğdem Kınayın həyatını itirdiyini təsdiqləyib. Xəbəri eşidib gələn yaxınları sinir böhranı keçirib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Qaçan Azad Kınayın tutulması üçün əməliyyat davam etdirilir.
Medianews.az