Medianews.az
“Onlar ölkəmizə nifrət edirlər” -
125 baxış

“Onlar ölkəmizə nifrət edirlər” - Tramp

ABŞ Prezidenti Donald Tramp tətbiq edilən tarif siyasəti nəticəsində ölkə büdcəsinə 600 milyard dollardan çox vəsait daxil olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Truth Social” platformasında paylaşım edib.

Tramp qeyd edib ki, ABŞ artıq 600 milyard dollardan çox tarif gəliri əldə edib və bu rəqəm artmaqda davam edir:

“Saxta media bu barədə danışmaqdan imtina edir, çünki onlar ölkəmizə nifrət edirlər. Tariflər ABŞ-ni həm maliyyə, həm də milli təhlükəsizlik baxımından tarixdə heç vaxt olmadığı qədər güclü və nüfuzlu edib. ABŞ Ali Məhkəməsi tərəfindən veriləcək tarif qərarı ölkə tarixi üçün ən mühüm hadisələrdən biri olacaq”.

Bizə qoşulun