Medianews.az
Maduronun vəkili
114 baxış

Maduronun vəkili o olacaq

Nyu-York məhkəməsi ABŞ-də həbsdə olan Venesuela Prezidenti Nikolas Maduronun hüquqlarını müdafiə edəcək vəkilin adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr yazır ki, bazar ertəsi günü keçiriləcək məhkəmə dinləmələrində Maduronun vəkili qismində Devid Vikstrom çıxış edəcək. Məhkəmənin qərarı ilə Vikstrom Nyu-Yorkda keçiriləcək ilk dinləmədə ölkə liderinin hüquqi müdafiəsini təmin edəcək.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat zamanı ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.

Bizə qoşulun