Medianews.az
14 gün su basmış mədəndə qaldı -
104 baxış

14 gün su basmış mədəndə qaldı - xilas edildi

Meksikada martın 25-i qızıl hasilatı tullantılarını saxlayan bəndin dağılması ilə, su basmış mədəndə ilişib qalan dörd işçidən üçüncüsü tapılıb.

Medianews.az xəbər verir ki, ümumilikdə mədəndə 25 şaxtaçı olub. Onlardan 21-i qaçmağı bacarıb, dördü isə içəridə qalıb.

Birinci işçi 5 gün sonra xilas edilib, ikinci ölü tapılıb. Üçüncü – 42 yaşlı Francisco Zapata isə 14 gün yerin altında qalıb. O, fənərlə siqnal verərək xilasedicilərin diqqətini çəkib və 20 saatlıq əməliyyatdan sonra səthə çıxarılaraq xəstəxanaya aparılıb.

Onun vəziyyəti sabitdir. Dördüncü şaxtaçının axtarışları davam edir.

Medianews.az

Bizə qoşulun