106 yaşını qeyd edən britaniyalı qadın uzunömürlülüyün iki sadə sirrini açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə Woking News and Mail yazır.
Klark uzunömürlülüyünün səbəbini həyata müsbət baxışı ilə əlaqələndirir. Qadın məsləhət görür ki, nəyin çatışmadığı haqqında yox, sahib olduğumuz şeylərin haqqında düşünmək lazımdır. O, həmçinin uzunömürlülüyün digər sirləri kimi xeyirxahlığı və xoşbəxtliyi də qeyd edib.
Djoan Klark 3 dekabr 1919-cu ildə Şeffilddə anadan olub. Uşaq ikən valideynləri ilə birlikdə Hindistanda və Misirdə yaşayıb. 1941-ci ildə Klark evlənib və daha sonra iki uşaq anası olub. İkinci Dünya Müharibəsi zamanı o, sursat fabrikində, sonra isə satıcı kimi çalışıb. Son illərdə Uokinqdəki qocalar evində yaşayıb.
Medianews.az