Medianews.az
101 yaşı var, 67 ildir
1,015 baxış

101 yaşı var, 67 ildir eyni yerdə eyni həvəslə işləyir - VİDEO+FOTO

İtaliyalı Anna Possi 101 yaşında da barista işləyir.

Barista qəhvə hazırlamaq və təqdim etmək sahəsində ixtisaslaşmış şəxsə deyilir.

Medianews.az xəbər verir ki, Anna Possinin İtaliyanın Pyemont bölgəsində yerləşən Nebbiuno kənindəki “Bar Centrale” adlı barı var. Bu barı o, 1958-ci ildə həyat yoldaşı ilə birlikdə açıb. İndi tək idarə edir, həmişəki həvəslə qəhvə hazırlayır, içkiləri gətirib müştərilərinin masasına qoyur, maliyyə haqq-hesabları aparır, kafeni yığıb-yığışdırır.

O, 70 ilə yaxındır bu işi görür.

100 yaşında İtaliyanın “Respublika Komandoru” fəxri adına layiq görülən Anna Possi sahibi olduğu barın kənd həyatında mühüm yer tutduğunu vurğulayır. Onun sözlərinə görə, burada insanlar təkcə içki içmir, həm də ünsiyyət qurur, gündəlik işlərini həll edirlər.

Possi gənclər arasında bar mədəniyyətinin dəyişdiyini də söyləyir. Bildirir ki, əvvəllər gənclər barda rəqs etməyi sevərdilər, indi isə vaxtlarının çoxunu telefona baxmaqla keçirirlər.

Medianews.az

Bizə qoşulun