Medianews.az
10 yaşlı uşaq timsahın
62 baxış

10 yaşlı uşaq timsahın qurbanı oldu

Zambiyada 10 yaşlı uşaq timsahın qurbanı olub.

Medianews.az xəbər verir ki, faciə Kakamba kəndindəki Kariba gölünün sahilində baş verib.

Cənub əyalətinin polis komandiri Muno Namalonqonun sözlərinə görə, yırtıcı dördüncü sinif şagirdi Winok Kabbaya məktəbdən əvvəl göldə çimərkən hücum edib.

Yerli sakinlər dərhal xilasetmə əməliyyatına başlayıblar. On yaşlı oğlanın cəsədi üç saat sonra sahildən təxminən 200 metr aralıda tapılıb.

Medianews.az

Bizə qoşulun