Məşhur hind aktyoru Dharmendra 89 yaşında dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə İANS agentliyi yaxın mənbələrə istinadən məlumat yayıb.
Təcili yardım avtomobili mühafizə əməkdaşları ilə birlikdə aktyorun Mumbaydakı evinə gəlib.
Aktyorun qızı Eşa Deol və həyat yoldaşı aktrisa Hema Malini güclü təhlükəsizlik tədbirləri altında Pavan Hans kremasiya məntəqəsində görülüb.
Ailə hələlik rəsmi açıqlama verməyib.