Fransa Futbol Federasiyası (FFF) Zinəddin Zidanın milli komandaya baş məşqçi təyin olunması üçün rəsmi addımlar atıb.
Publika.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb. Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar məxfi xarakter daşıyır və hazırda ilkin mərhələdədir.
Bu kalibrli mütəxəssisin təyin edilməsi bir sıra məqamlarda, xüsusən də məşqçilər korpusunun tərkibi və işi ilə bağlı razılıq tələb edir. Vurğulanır ki, danışıqlar uğurlu olarsa, Zidanın ilk işlərindən biri məşqçilər korpusunun təşkilati strukturunu yenidən qurmaq olacaq.