Volodimir Zelenski Rusiya ilə mümkün atəşkəs müqabilində Yaxın Şərqdə döyüş dronlarına qarşı yardım təklif edib.
Medianews.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Nəşrin yazdığına görə, Zelenski region liderlərinə qəribə müraciətlə çıxış edib.
Zelenski müraciət edərək bildirib ki, onların Vladimir Putinlə münasibətləri yaxşıdır və bu əlaqələrdən istifadə edərək Rusiya ilə Ukrayna arasında bir aylıq atəşkəsə nail olmaq mümkündür.
O qeyd edib ki, belə bir razılaşma əldə olunarsa, Ukrayna İranın pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi üzrə ən təcrübəli mütəxəssislərini Yaxın Şərqə göndərməyə hazırdır.
“Mən aşağıdakıları təklif edərdim: Yaxın Şərq liderlərinin ruslarla əla münasibətləri var. Onlar ruslardan bir aylıq atəşkəs elan etmələrini istəyə bilərlər”, – deyə Zelenski bildirib.